RUSİYA

Moskvada bankda insanları girov götürən şəxs tutuldu

Xüsusi təyinatlı qüvvələr hücumla bankın binasını ələ keçirərək, girovları azad ediblər. Bank binasına hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Sputnik

BAKI, 23 may – Sputnik. Moskvada naməlum şəxs banka hücum edərək ordakı şəxsləri girov götürüb.

Silahlı insident: 30 nəfər girov götürülüb

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, naməlum şəxs Mokvada "Zemlyanoy Val" küçəsində yerləşən "Alfa-bank"ın ofisinə hücum edərək oradakı ən azı beş nəfəri girov götürüb. 

Binanı partlatmaqla hədələyən qara maskalı şəxs əlindəki torbada partlayıcı qurğunun olduğunu iddia edib. Cinayətkar rusiyalı aktrisa Olqa Buzova ilə görüş tələb edib. O, aktrisanın “onun nəyinisə oğurladığını” bildirərək, banka gətirilməsini tələb edib. Onun böyük məbləğdə pul tələb etdiyi də bildilir.

Xüsusi təyinatlı qüvvələr hücumla bankın binasını ələ keçirərək, girovları azad ediblər. Bank binasına hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İlkin məlumata görə, o, Nijnevartovsk sakini olan 34 yaşlı Aleksey Barışnikovdur. Onun psixoıoji problemlərinin olub-olmadığı araşdırılır.