BAKI, 23 may — Sputnik. İran dini yerləri və mədəniyyət məkanlarını açır. Sputnik Azərbaycan-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, İran bu gündən etibarən artıq bəzi məkanları açıb. Bura biznes, din və mədəniyyət mərkəzləri aiddir. Bazar günü Iranda müqəddəs say;lan ziyarətgahlar da açılacaq.
Ölkə başçısı Həsən Ruhani ötən həftədəki çıxışında müqəddəs ziyarətgahların günlük olaraq 3 saat ərzində fəaliyyət göstərəcəyini bəyan etmişdi.
Qeyd edək ki, gələn həftədən etibarən İranda bütün işçilər yenidən işlərinə qayıdacaqlar.
Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 7 min, bu xəstəliyə yoluxanların sayı isə 130 mindir.