Qonşuda qəti qadağa: Dörd gün hər kəs evdə olacaq

Bayramın ilk günü isə 65 yaş və daha yuxarı yaşda olan şəxslər yalnız zəruri ehtiyac olduqda çölə çıxa biləcəklər.
Sputnik

BAKI, 23 may — Sputnik. Türkiyədə 4 gün hər kəs evdə oturacaq. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yeni tip koronovirusla mübarizə çərçivəsində Ramazan bayramında, yəni 23-26 may tarixlərində evdən çıxmaq qadağan olunacaq.

Bu tarixlərdə əsas iaşə mərkəzləri saat 10:00-dan 17:00-dək xidmətdə olacaqlar. Bayramın ilk günü isə 65 yaş və daha yuxarı yaşda olan şəxslər yalnız zəruri ehtiyac olduqda çölə çıxa biləcəklər.

Qoyulan qadağalara əməl etməyənlər sərt şəkildə cəzalandırılacaqlar.