CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alov qüllələri yaxınlığında yanğın baş verib?

FHN-in Mətbuat xidməti informasiyanı dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırıb
Sputnik

BAKI, 23 may — Sputnik. Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında "güclü yanğın" baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib və yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.

Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq.