BAKI, 22 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra şəxslərə Dövlət Mükafatı verilməsi haqda Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda deyilir:
"2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı "Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri" mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilsin:
Nazim Timur oğlu Məmmədov
İmaməddin Rəcəbəli oğlu Əmiraslanov
Nadir Allahverdi oğlu Abdullayev
Ziya Saxavəddin oğlu Əliyev".