BAKI, 22 may — Sputnik. Bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, AZAL İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib.
Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdiriliblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.