CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Partlayan qazan ər-arvadı yandırdı

Mingəçevirdə mənzillərin birində gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlə arvadın üzərinə dağılıb
Sputnik

BAKI, 22 may - Sputnik. Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvad yanıq xəsarətləri alıblar.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Nizami küçəsi 4A saylı binanın mənzillərindən birində qeydə alınıb.

Məlumata görə, gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlə arvadın üzərinə dağılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1987-ci il təvəllüdlü İbrahimov Rahim Tofiq oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Fərqinə Akif qızı xəstəxanaya çatdırılıblar. Hər iki şəxsə dərhal lazımi tibbi yardım göstərilib.