SƏHİYYƏ

Koronavirusla bağlı layihənin ikinci mərhələsi yekunlaşdı

Artıq bu layihədən yararlanan həkimlərin sayı 400-dür"Artıq bu layihədən yararlanan həkimlərin sayı 400-dür"
Sputnik

Nigar isgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. ""REACT-2019 layihəsinin ikinci mərhələsi artıq yekunlaşıb. Bildiyiniz kimi, Türkiyədən gələn həkimlər iki həftə Bakıda təcrübə proqramı keçdikdən sonra rayonlara - Gəncə, Ağdaş, Goranboy və Şəmkirə yola düşüblər. Artıq bu layihədən yararlanan həkimlərin sayı 400-dür. Bundnn sonra da onlayn platforma ilə biliklərin paylaşılması nəzərdə tutulur".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib. H.Harmancı pandemiya ilə bağlı yolun uzun olduğunu bildirib.

TƏBIB-in Idarə Heyətinin sədrinin müşaviri Şəhriyar Fətullayev isə milli plan çərçivəsində xaricdə təhsil alan həkimlərin REACT-19-a cəlb olunaraq öz biliklərinin yerli həkimlərlə bölüşdürülmsəindən danışıb.