BAKI, 21 may — Sputnik. "Bu ilin mart-aprel aylarında ötən ilin cari dövrü ilə müqayisədə havanın çirklilik səviyyəsi aşaöı düşb. Bunun səbəbi karantin dövrü ilə əlaqədar olaraq iaşə obyektlərinin bbağlanması və havaya atılan tullantıların sayının azalması, eyni zamanda da avtomobillərdən havaya atılan zəhərli tullantıların sayının azalması ilə bağlıdır".
Sputnik Azərbaycan-ın xəbərinə görə bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin suyuna da müsəbt təsir göstərib: "Nardaran, Pirşağı və Bilgəhdə dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahil boyu ictimai iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənməsində azalma müşahidə olunub".