MƏDƏNİYYƏT

Koronavirus maneə deyil, yenə isti olacaq - "Jara" baş tutacaq

Festivalı canlı izləmək istəyənlər paytaxtın kassalarına və ya www.iticket.az saytına müraciət edə bilərlər. Bu haqda "Jara"nın "Instagram" səhifəsində məlumat verilib.
Sputnik

BAKI, 21 may — Sputnik. Hər il musiqisevərlərin həvəslə gözlədiyi "Jara" festivalına cəmi iki ay qalıb. Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq musiqi festivalının biletləri artıq satışa buraxılıb. Bu isə o deməkdir ki, koronavirus pandemiyasına baxmayaraq nəzərdə tutulan layihə baş tutacaq.

Festival əvvəldən planlaşdırıldığı kimi "Sea Breeze" turizm mərkəzində 29 iyul – 2 avqust tarixində keçiriləcək. Festivalı canlı izləmək istəyənlər paytaxtın kassalarına və ya “www.iticket.az” saytına müraciət edə bilərlər. Bu haqda "Jara"nın "Instagram" səhifəsində məlumat verilib.

Qeyd edək ki, layihənin təşkilatçıları tanınmış müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və "Rusiya radiosu"nun təsisçisi, "Qızıl qrammafon" mükafatının sahibi Serqey Kojevnikovdur.