BAKI, 21 may — Sputnik. DOST Agentliyinin rəsmi “dost.gov.az” İnternet saytı ictimaiyyətə təqdim edilib. Təqdimat mərasimi DOST Agentliyinin rəsmi facebook hesabı ilə canlı yayımlanıb.
Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əvvəlcə agentliyin indiyədək gördüyü işlərdən, eləcə də gələcək planlardan danışıb, sayt barəsində məlumat verib.
Qeyd edək ki, saytdakı 11 əsas bölmə daxilində qanunvericilik, struktur, xidmət pasportları, xidmətlər barəsində PDF formatında informativ kitabçalar, statistika, xəbərlər, qalereya, 1000-dən çox ən populyar sualların cavabı, axtarış bölməsi, faydalı linklər, sosial şəbəkələrə keçidlər və digər alt bölmələr işlənib hazırlanıb.
Saytın yaradılması DOST Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərməsinə, onların doğru informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək.