BAKI, 21 may — Sputnik. "Qoy yazsınlar, maraqlıdırsa, yazsınlar. Əgər mənə abırsız deyirlərsə, mən deyərdim, geyim abırla ölçülmür".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn söyləyib. Müğənni onu geyiminə görə tənqid edənlərə belə cavab verib: "Məncə, abır onların düşüncəsi ilə seçilir, yazdığı söyüşlərlə, nalayiq sözlərlə ölçülür. Abırsız kimlərdir, görünür. Məncə, abırsız onların özüdür".
Qeyd edək ki, Mina Hüseyn musiqiçi ailəsində doğulub və həmişə valideynlərinin yolunu davam etdirmək arzusunda olub. Vaxtilə ona şöhrəti müqavilə bağladığı və onun layihələrinə sponsorluq etmiş ANS telekanalı gətirib. Üç illik fasilədən sonra müğənni yaradıcılığını davam etdirmək və səhnəyə qayıtmaq qərarına gəlib. Hazırda karyerasını uğurla davam etdirir.