CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Burnumuzdan gələcək – Xaricdən dincəlməkdən qayıdanlar karantində saxlanacaq

Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək
Sputnik

BAKI, 20 may — Sputnik. "Gələcəkdə, sərhədlər açılarsa hər hansı bir ölkəyə gedən vətəndaşlarımız o ölkədən qayıtdıqdan sonra karantində saxlanılmalıdır".

"Çamadan əhvalı"nda olanlar üçün xəbər: Azərbaycanda turizm mövsümü bu tarixdən açılacaq

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada çıxışı zamanı bildirib. O, bildirib ki, Azərbaycanda iyun ayından etibarən bu məsələlər müzakirə mövzusuna çevriləcək: "Ancaq vətəndaşların gedəcəyi ölkədə pandemiyanın vəziyyəti nəzərə alınacaq. Məsələn, İtaliya turistik ölkədir, iqtisadiyyatı tam turizm üzərində qurulub. Bu baxımdan İtaliya iqtisadiyyatı bərpa etmək məqsədi ilə turizmi açmaq niyyətindədir. Ona görə də, hər hansı bir ölkəyə gedən vətəndaşlarımız o ölkədən qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Nəzərə alaq ki, Azərbaycanda turizmin açılması ölkə iqtisadiyyatını dirçəltməklə yanaşı, insanların sağlamlığını təhlükə altına qoyur. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək. Bu baxımdan turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı artıq başqa bir məsələdir”.