RUSİYA

Rusiya 300 min sayını keçdi

Koronavirusa yoluxanların sayı 308705 nəfər olub. ölkədə koronavirusdan ölənlərin sayı 2972 nəfərə çatıb
Sputnik

BAKI, 20 may — Sputnik. Rusiyada koronavirusdan ölənlərin sayı gün ərzində 135 nəfər artıb.

Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, beləliklə ölkədə koronavirusdan ölənlərin sayı 2972 nəfər olub.

Məlumata görə, Rusiyanın 84 regionunda gün ərzində 8764 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 308705 nəfər olub.

Cons Hopkins universitetinin məlumatına istinadla xəbər verir ki, dünyada koronavirusa yoluxanlaırn sayı 4,9 milyona çatıb. Pandemiya 188 ölkəni əhatə edir. Ümumi olaraq gün ərzində dünyada 95,9 nəfər infeksiyaya yoluxub. Bu günə qədər 323 min nəfər koronavirusdan ölüb. 1,68 milyon nəfər sağalıb.