CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdakı məşhur məscidin taleyinə aydınlıq gətirildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, hazırda məsciddə araşdırma aparılır
Sputnik

BAKI, 20 may — Sputnik. "Əbu Bəkr məscidi hazırda Nərimanov bələdiyyəsinin balansındadır. Məsciddə minarələrdən birinin uçma təhlükəsi olduğundan və insanların təhlükəsizliyi üçün oranın fəaliyyəti mümkün deyil".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, hazırda məsciddə araşdırma aparılır: "Araşdırmalar yekunlaşmaq üzrədir. Minarənin uçma təhlükəsi nəzərə alınaraq orada ayinlərin keçirilməsi tam dayandırılıb. Bununla bağlı fikir mübadiləsi aparılır".

"Pandemiya dövründə orada işlərin aparılması mümkün deyil. Məsciddə zamanında fəaliyyət göstərən din xadimləri və vətəndaşların bir qrupu ilə söhbətlər aparılıb. Məsciddə təmir işləri əsaslı şəkildə həyata keçirilmədən hər hansı fəaliyyətin olması mümkün deyil", - deyə o əlavə edib.