CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metrosunun polis rəisi işdən çıxarıldı

Daxili İşlər Naziri Vilayət Eyvazov Samir Hüseynovun işdan azad edilməsi barədə əmr verib. Hazırda bu vəzifəyə hələ heç kim təyin olunmayıb.
Sputnik

BAKI, 20 may — Sputnik. Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov işdən çıxarılıb.

Sputnik Azərbaycan hüquq mühafizə orqanlarının məlumatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Vilayət Eyvazov əmr verib.

Hazırda bu vəzifəyə hələ heç kim təyin olunmayıb.

Qeyd edək ki, S. Hüseynov Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb.