CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toylara icazə verilə bilər – Amma şərti ağırdır

"Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər"
Sputnik

BAKI, 20 may — Sputnik. "Açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən səsləndirib. O, deyib ki, açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər: "Toylarda daha çox insan olur. Buna görə də, hələlik, bu gündəmdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər. Düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil".