Sərnişin qatarlarının sayı artırılıb

Bununla əlaqədar olaraq Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.
Sputnik

BAKI, 20 may — Sputnik. Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar sərnişinlərin sayının artması müşahidə olunur.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Xəbərdə qeyd edilir ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbatı nəzərə alaraq, mayın 20-dən xəttə əlavə qatar buraxılıb. Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib. Qatarların yeni hərəkət qrafiki ilə ətraflı aşağıdakı cədvəldə tanış ola bilərsiniz.