RUSİYA

Cərrah-onkoloq: Koronavirusa yoluxan xərçəng xəstələrini xilas etmək çox çətindir

Cərrah-onkoloq: Xərçəngin üçüncü mərhələsində olan bir xəstənin sağ qalma müddəti maksimum altı aydır. Əgər o, koronavirusa yoluxsa, infeksiya ölümcül nəticəni sürətləndirir.
Sputnik

BAKI, 19 may — Sputnik. Koronavirus xərçəng xəstələri üçün xüsusilə təhlükəlidir. Bunu cərrah-onkoloq Martin AdamsE1.ru-ya müsahibəsində koronavirusun onkoloji xəstəliklərin gedişinə necə təsir göstərdiyini şərh edərkən deyib.

Onun sözlərinə görə, xüsusi risk qrupunda kimyəvi terapiyadan keçən xəstələr də var.

"Əgər tamamilə sağlam bir şəxs bu infeksiyanı asimptomatik və ya yüngül bir şəkildə keçirirsə, kimyəvi terapiya alan xəstədə bu, ağırlaşmaya səbəb olur", - deyə həkim bildirib.

Adamsın sözlərinə görə, koronavirus qan, mədə, qaraciyər və bağırsaq xərçəngi olan xəstələr üçün xüsusilə təhlükəlidir. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirən onkoloji xəstələrin yoluxma riski yüksəkdir.

"Məsələn, xərçəngin üçüncü mərhələsində olan bir xəstənin sağ qalma proqnozu maksimum altı aydır. Onun bu ağır xəstəliyinə koronavirus qoşulur, bu da pulmonar toxumaya təsir göstərir. Əlbəttə ki, bu infeksiya ölümcül nəticələri sürətləndirir", - deyə həkim bildirib.

O qeyd edib ki, qalxanvari və süd vəzi xərçəngi xəstələrində birinci və ikinci mərhələdə COVİD-19-u təhlükəsiz şəkildə adlamaq şansı daha çoxdur.

COVİD-19 koronavirus infeksiyası pandemiyası, demək olar ki, bütün dünyanı əhatə edir. ÜST-ün ən son məlumatlarına görə, 4,6 milyondan artıq insan koronavirusa yoluxub, onlardan 312 mini vəfat edib.