CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək

"Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna dəyişiklik təklif edilir
Sputnik

 

BAKI, 19 may — Sputnik. Azərbaycanda bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, irsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna uyğun olaraq müəyyən edilir.

İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.