BAKI, 19 may — Sputnik. Suriyadakı "Ət-Tanf" bazasında fəaliyyət göstərən amerikalı hərbçilər İŞİD terror qruplaşması ilə fəal əməkdaşlıq edirlər. Bu barədə rusiyalı jurnalistlərə hökumət qoşunlarının tərəfinə keçmiş bir qrup yaraqlının komandanı Əbu Həmzəməlumat verib.
Qrup ABŞ-ın hərbi bazasında təlim keçsə də, bu yaxınlarda həmin istinadgahı tərk edərək Bəşər Əsədin bölmələrinə təslim olub. Verilən məlumata görə, qaçmış yaraqlıları neft-qaz və nəqliyyat obyektlərində təxribatlar, həmçinin, Dəməşqin nəzarətində olan ərazilərdə terror aktları törətmək üçün hazırlayıblar.
"Amerikalılar bu yerin onların olduğuna inanırlar. Onlar orada ağa kimidirlər. Kapitan Mayk, onların hamısı eynidır. < ... > Onlar İŞİD-lə işləyirlər, əməkdaşlıq edirlər. Onlar vaxtilə İŞİD-lə işləyirdilər, lakin sonra onu buraxdılar. İndi onları (İŞİD-çiləri-red.) öyrədirlər və onlarla işləyirlər", - deyə Əbu Həmzə bildirib.
Qaçan yaraqlının adını xatırlatdığı kapitan Mayk onun təlimatçısı olub. Həmzənın sözlərinə görə, təlimatçı Amerika hökumətinin "Suriya yaraqlılarından necə istifadə etdiyini" bilmir, "o, sadəcə silahdan necə istifadə etməyi bacarır" və onunla necə davranmağı öyrədir. Əbu Həmzə həmçinin 40 və 50 çaplı Amerika pulemyotlarından istifadə etməyi öyrənib.
Suriya ilə İordaniya sərhədindəki Ət-Tanf rayonunda ABŞ-ın hərbi bazası yerləşir. Amerika hərbçilərinin nəzarət etdiyi baza ətrafındakı 55 kilometrlik ərazidə qaçqın düşərgəsi var. Rusiya hərbçiləri, Rusiya və Suriya XİN nümayəndələri dəfələrlə bu düşərgədə vəziyyətin humanitar fəlakətə yaxın olduğunu bəyan ediblər.