RUSİYA

Vaşinqton İlon Maskın planından sui-istifadə edə bilər – İDDİA

"Marsı partlatmaq çətin ki, mümkün olsun, amma termonüvə silahının kosmik fəzaya çıxarılması üçün bəhanə göz qabağındadır".
Sputnik

BAKI, 19 may — Sputnik. Rusiyanın Federal Kosmik Agentliyinin (Roskosmos) Baş direktoru Dmitri Roqozin hesab edir ki, Vaşinqton "SpaceX" şirkətinin təsisçisi İlon Maskın Marsın terraformasiyası planından bəhanə kimi istifadə edərək nüvə silahını kosmosa çıxarmaq istəyir.

Sputnik Azərbaycan xəbər verir ki, bir qədər öncə Mask Marsda Yerdəkinə oxşar iqlim yaratmaq üçün planetin səthinə çox sayda nüvə bombasını atmağı təklif edib.

"Marsı partlatmaq çətin ki, mümkün olsun, amma termonüvə silahının kosmik fəzaya çıxarılması üçün bəhanə göz qabağındadır", - Roqozin "Twitter" səhifəsində yazıb. 

Onun fikrincə, ABŞ "kosmosun militarizasiyasına istiqamət götürüb".