Beş milyona nə qaldı ki...

Ümumilikdə koronavirusa yoluxanların sayı dünyada 4731458-ə çatıb. İndiyədək 316169 nəfər bu xəstəlikdən dünyasını dəyişib
Sputnik

BAKI, 19 may — Sputnik. Dünyada COVID-19-a tutulanların sayı sutka ərzində 112 min nəfər artıb.

Sputnik Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadla bildirir ki, koronavirusa yoluxanların sayı artıq 4.7 milyondan, ölənlərin sayı isə 316 mindən çoxdur.

Təşkilatın son məlumatına görə, sutka ərzində 112637 yeni yoluxma faktı aşkarlanıb. 4322 nəfər COVID-19-dan ölüb. Ümumilikdə koronavirusa yoluxanların sayı dünyada 4731458-ə çatıb. İndiyədək 316169 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib.