Mübarək gündə 8 insanı məsciddə qətlə yetirdilər

Mübarək Ramazan ayının sonlarına doğru Əfqanıstanda dinc sakinlər silahlıların hücumuna məruz qalıblar
Sputnik

BAKI, 19 may — Sputnik. Əfqanıstanın Pərvan vilayətində məscidə silahlıların basqını nəticəsində 8 nəfər həlak olub, on nəfərdən çox insan isə xəsarət alıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə TOLO News telekanalı yerli DİN-ə istinadən məlumat yayıb.

Əyalətin rəhbəri Harun Mübariz bildirib ki, Halal-Zayi kəndində öldürülən vətəndaşların hamısı dinc sakinlər imiş.

“Taliban” təşkiları hücumda əli olmadığını bəyan edib.

Əfqanıstanda əvvəllər ölkənin böyük, əsasən kənd rayonlarına nəzarət edən, son zamanlar iri şəhərlərə yönələn radikal “Taliban” hərəkatının döyüşçüləri ilə hökumət qüvvələri arasında qarşıdurma yaşanır. Bundan əlavə, ölkədə “İslam dövləti” terror qruplaşmasının da təsiri güclənməkdədir.