RUSİYA

Baş nazir yenindən işinə qayıtdı

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin koronavirusdan sağalaraq vəzifəsinin icrasına başlayıb.
Sputnik

BAKI, 19 may — Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin koronavirusdan sağalaraq vəzifəsinin icrasına başlayıb.

RİA Novosti xəbər verir ki, məlumatı Kremlin rəsmi saytı yayıb.

Rusiya Prezidenti Vladimir Putin baş nazirin səlahiyyətlərinin icrasının baş nazirin birinci müavini Andrey Belousovdan alınmasına dair sərəncam imzalayıb.

Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustinin aprelin 30-da koronavirusa yoluxması barədə məlumat verilib. Həmin gündən baş nazirin səlahiyyətlərinin icrası Andrey Belousova verilib.