BAKI, 18 may — Sputnik. Azərbaycanın "Sumaks" startap şirkəti sosial məsafəni qoruyan cihaz təqdim edib. Bu barədə Sputnik Azərbaycan-a şirkətin rəhbəri Cavid Məmmədov məlumat verib.
Azərbaycanda sosial məsafəni qoruyan cihaz – yaxın gəlsəniz siqnal verəcək - FOTO
© Photo : Courtesy of Javid Mammadov
O, bildirib ki, cihaz dövlət qurumlarında, iaşə obyektlərində, zavodlarda və s. qurumlarda çalışan işçilər üçün nəzərdə tutulur: "Ölkədə yüngülləşdirilən karantin rejimi səbəbindən iş yerlərində insanların sosial təmasda olması halları çoxalır. Xüsusi sensorlarla təchiz olunan cihaz, təyin olunan 2 metr sosial məsafə pozulduqda davamlı olaraq siqnal verir. Yaxın zamanda bu cihaz müxtəlif iş yerlərinə təklif olunacaq".