HADİSƏ

Qubada 13 yaşlı uşağın ölüm səbəbi bilindi

Öncə hadisənin intihar olduğu iddia edilib. Lakin polis və prokurorluq işçilərinin araşdırmasından sonra olayın ehtiyatsızlıq nəticəsində baş verən hadisə olduğu anlaşılıb.
Sputnik

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Xəbər verildiyi kimi, Qubanın Alpan kəndində 13 yaşlı uşaq yelləncəyin ipinin boğazına keçməsi nəticəsində boğularaq ölüb.

Masallıda uşaq qəbiristanlıqda faciəli şəkildə öldü

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, hadisə dünən saat 16:00 radələrində baş verib. 2007-ci il təvəllüdlü Etibar Novruzov yaşadığı evdən təxminən 500 metr aralıda yerləşən sahədə heyvan otararkən yelləncəkdə oynayıb. Armud ağacına bağlanmış sintetik ipdən olan yelləncəkdə ipi burmaqla müxtəlif fəndləri yerinə yetirən uşaq yelləncəyin ipinin onun boğazına dolaşması nəticəsində boğularaq ölüb.

Öncə hadisənin intihar olduğu iddia edilib. Lakin polis və prokurorluq işçilərinin araşdırmasından sonra olayın ehtiyatsızlıq nəticəsində baş verən hadisə olduğu anlaşılıb.

Qeyd edək ki, Etibar Novruzov Respublika Olimpiya İdman Litseyində güləş qrupunda təhsil alırmış və yelləncəkdə yerinə yetirdiyi fəndlər də güləş məktəbində öyrəndiyi fəndlər olub.

Hadisə ilə bağlı Quba rayon prokurorluğunda araşdırmaya başlanılıb.