CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhədə gərgin gecə: pulemyot və snayperlər susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
Sputnik

BAKI, 18 may — Sputnik. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.