CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə saata canınız tıxacdan qurtaracaq

Bakının hərəkətin intensiv olduğu küçələrindən birində təmir səbəbilə qoyulan məhdudiyyət bu gün günorta saatlarında götürüləcək
Sputnik

BAKI, 18 may — Sputnik. 20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş hissədə aparılan təmir işləri yekunlaşır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, günorta saatlarından sözügedən ərazidə hərəkət bərpa olunacaq. "Hazırda ərazidə üfqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır".