CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın bu rayonu getdikcə Kolumbiyaya çevrilir

Balakənin iki kəndində polis işçiləri əməliyyat keçiriblər. Bu dəfə onlar təbii "əşyayi-dəlil"ləri yandırıblar
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaysa kəndi ərazisində yabanı halda bitən, çəkisi 470 kiloqram olan 1510 ədəd, Şambul kəndi ərazisində isə ümumi çəkisi 830 kq olan 3129 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq, yandırılma yolu ilə məhv edilib.

Azərbaycanın bu rayonu getdikcə Kolumbiyaya çevrilir

Faktla bağlı araşdırma aparılır.