CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə dalğaların yüksəkliyi 4,2 metrə çatıb

Ölkənin bir çox ərazilərində güclü külək müşahidə edilib, sürəti bəzi yerlərdə saniyədə 26 metrə çatıb
Sputnik

BAKI, 17 may — Sputnik. Mayın 17-si saat 20:00-a olan məlumatına əsasən, Bakı, Sumqayıt, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Nabranda yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətinindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qərb küləyi Naftalan, Neftçalada 26 m/s, Ağstafada 22 m/s, Göyçayda 21 m/s, Zərdab, Beyləqan, Ağdam, Cəfərxanda 20 m/s, Tərtər, İmişlidə 18 m/s,  Sabirabadda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Qum adasında 26 m/s, Sumqayıt, Maştağa, Çilov adasında 22 m/s, Bakıda 20 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib. 

 Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.2 metrə çatıb.