RUSİYA

Mütləq ikinci yer: Rusiyada yoluxanların sayı 280 mini keçdi

Son sutka ərzində 94 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2631 nəfərə çatıb.
Sputnik

BAKI, 17 may — Sputnik. Rusiyada son sutka ərzində daha 9709 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sputnik Azərbaycan-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 281 752 nəfərə çatıb.

Son sutka ərzində 94 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2631 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 67 373 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.