Artıq 4 aydır ki, bütün dünyada Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi koronavirus pandemiyası hökm sürür. Təhlükəli infeksiya mövzusu təkcə aparıcı KİV-ləri deyil, küçə incəsənətini də maraqlandırıb.
Street-art rəssamlarından kimsə küçəyə çıxaraq ağrılı mövzuda rəsmlər çəkir, kimsə evində yaradır. Rəssamlar ideyanı hər yerdən götürürlər: işlər arasında cizgi filmlərinin qəhrəmanlarını da, dini personajları da görmək mümkündür.
Sputnik Azərbaycan bu gün dünyanın meqapolislərində görə biləcəyiniz ən parlaq işləri toplayıb.