Koronavirusa yoluxanların sayı 677-ni keçdi

Son 24 saat ərzində daha 7 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 419-u sağalıb, 12-si ölüb.
Sputnik

BAKI, 16 may — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 677-yə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.

Məlumata əsasən, son 24 saat ərzində daha 7 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 419-u sağalıb, 12-si ölüb. Hazırda bu ölkədə 3837 nəfər karantində, 505 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu keçib, 307 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.