CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumət onların da əziyyətini unutmadı - RƏSMİ QƏRAR

Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilər və onlara əlavənin ödənilmə müddəti müəyyənləşib.
Sputnik

BAKI, 16 may - Sputnik. Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə” qərar verib.

Sputnik Azərbaycan-ın məlumatına görə,  qərara qərara əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilib:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilər.

Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.