BAKI, 16 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sputnik Azərbaycan-a FHN-dən daxil olan məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Lobaçova Yekatrina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.