Öz növbəsində Rusiya dövləti bu nəşrləri qeyri-obyektiv adlandırıb və onların təkzib edilməsini tələb edib. XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bunun Rusiya üzərinə planlı informasiya hücumu olduğunu bəyan edib. Eyni zamanda, koronavirus mövzusunda spekulyasiyalar yalnız qərb KİV-lərinin sevimli mövzusu deyil, çox vaxt hətta ABŞ-ın rəsmiləri belə sübutsuz ittihamlar və dezinformasiyanın yayılmasına əl atırlar. Beləliklə də infeksiya ilə mübarizədə öz gücsüzlüyünü ört-basdır etməyə çalışırlar. Xatırladaq ki, ABŞ-da 1.4 milyon koronavirusa yoluxma halı qeyd edilib. 85 min nəfər isə vəfat edib.