Lukaşenko böhrandan çıxış yolunu tapdı

"Əsas məsələ malı xaricə yola salmaq deyil, yaxşı qiymətə satmaqdır", - Belarusun dövlət başçısı bildirib.
Sputnik

BAKI, 15 may — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Vitebsk vilayətində işgüzar səfərə gedib, kartof sahələrinə baxış keçirib və xilası kartofda tapıb.

ABŞ tankları Belarus sərhədində - Lukaşenko cavab əmri verdi

Sputnik AzərbaycanBELTA agentliyinə istinadən xəbər verir ki, Lukaşenko bu il kartofun dəyərli olacağını və xüsusilə qonşu dövlətlərin, ilk növbədə Rusiya və Ukraynanın bazarlarında ona tələbatın yaranacağını deyib.

"Ona görə də xahiş etdim ki, qalan nə varsa hamısını yığıb kartof əksinlər. Daha çox əkmək lazımdır. Xilas bunda olacaq. Baxın, əgər təsərrüfatlarda toxum varsa, 50-70 hektar, hətta 20 hektar olsa da, texnologiyaya uyğun qulluq etsəniz, az da olsa pul qazanacaqsınız. Sahənizə gəlib (məhsulu - red.) götürəcəklər", — dövlət başçısı bildirib.

Onun sözlərinə görə, belaruslu kənd təsərrüfatı istehsalçıları dünya bazarında ən yaxşı qiymət şərtlərini axtarmalıdırlar: "Əsas məsələ malı xaricə yola salmaq deyil, yaxşı qiymətə satmaqdır".

Belarus Avropanın əksər dövlətlərindən fərqli olaraq, koronavirus pandemiyasına görə sərt karantin tədbirləri tətbiq etməyib. Lukaşenko bu qərarı iqtisadi səbəblərlə izah edib. Onun fikrincə, belaruslular işləməli və böhrandan xilas olmalıdırlar.