Gürcüstan son tarixi elan etdi – Fövqəladə vəziyyət uzadılmayacaq

Bundan sonra hökumət karantin rejiminin uzadılması ilə bağlı ölkə prezidenti və ya parlamentinə müraciət etməyəcək.
Sputnik

BAKI, 15 may — Sputnik. Gürcüstanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan fövqəladə hal rejimi daha uzadılmayacaq və mayın 22-i bitəcək. Sputnik Gürcüstan xəbər verir ki, bunu ölkənin Baş naziri Georgi Qaxariya bildirib.

Baş nazir qeyd edib ki, bundan sonra hökumət karantin rejiminin uzadılması ilə bağlı ölkə prezidenti və ya parlamentinə müraciət etməyəcək.

Qeyd edək ki, Gürcüstanda fövqəladə rejim mayın 22-ə qədər qüvvədə olacaq. Daha əvvəl o, bir neçə dəfə uzadılıb. Hazırda ölkədə koronavirusa 671 yoluxma halı qeydə alınıb. Virusa yoluxanların yarasından çoxu sağalıb, 12 nəfər ölüb.