İqtisadiyyatın məhv olma təhdidi var – ABŞ maliyyə naziri

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 390 min 734 nəfərə çatıb.
Sputnik

BAKI, 14 may — Sputnik. Yeni növ koronavirus pandemiyasının yayılması ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğvində həddən artıq yavaşıma Birləşmiş Ştatlar İqtisadiyyatına dərin zərbə vura bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların Maliyyə naziri Stiven Mnuçin "Fox News"-a bildirib.

ABŞ beş ölkəni ittiham edir: heç yardımçı olmayıblar

"Biz iqtisadiyyatı təhlükəsiz formada açmalıyıq. Prezident amerikalıların sağlamlığına görə narahatdır. Lakin bizim həddən artıq gözləməyimizə dair təhdid də mövcuddur. Bu təhdid ABŞ iqtisadiyyatının məhv olma təhdididir. Hesab edirəm ki, prezident iqtisadiyyatın təhlükəsiz formada açılması yolunun olmasını deməkdə tamamilə haqlıdır", - deyə ABŞ-ın Maliyyə naziri qeyd edib.

Mnuçin qeyd edib ki, məhdudiyyətlərin yumşaldılmasına koronavirus pandemiyasına yeni yoluxma hallarının daha az qeydə alındığı ərazilərdən başlanılmalıdır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 4347921-ə çatıb.

Məlumata əsasən, virusa yoluxmuş 297220 nəfər vəfat edib, 1549343 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 390 min 734 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 242271 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.