İQTİSADİYYAT

Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir – ekspert danışır

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, lirənin ucuzlaşması yerli istehsal olan məhsulların idxal olunan məhsullarla rəqabətlilik imkanlarını məhdudlaşdırır
Sputnik

“Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına müxtəlif istiqamətlərdən təsir göstərir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Ekspert bildirib ki, lirənin ucuzlaşması istehsal olunan mal və xidmətlərin maya dəyərini aşağı salır və Türkiyədən Azərbaycana idxalı təşviq edir:

“Bu da yerli istehsal olan məhsulların idxal olunan məhsullarla rəqabətlilik imkanlarını məhdudlaşdırır. İdxalın artması valyuta bazarlarında manata təzyiqləri artırır. Eyni zamanda Azərbaycandan Türkiyəyə ixrac olunan mal və xidmətlərin həmin ölkədə daha aşağı qiymətə satılmasını şərtləndirir”.

Qeyd edək ki, Türkiyədə lirənin məzənnəsi yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar olaraq yaranan proseslər səbəbindən aşağı düşməkdə davam edir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz