CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm sıfır nöqtəsinə düşüb: Ölkəyə gələnlərin sayı 92 faiz azalıb

Pandemiyanın olmasına baxmayaraq, hazırda Azərbaycan üçün prioritet olan xarici bazarların itirilməməsi səbəbindən fərqli alətlərdən istifadə etməklə onlayn qaydada işlər aparılır.
Sputnik

BAKI, 14 may — Sputnik. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin aprel ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 92 faiz azalıb.

Bunu Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Turizmçilər karantindən sonraya hazırlaşır: yerli turistləri xaricə getməyə qoymayacaqlar

Hazırda dünya, o cümlədən Azərbaycan turizminin böhran içində olduğunu xatırladan K.Quluzadə əlavə edib ki, Azərbaycana gələn xarici vətəndaşların sayının 92 faiz azalması turizmin sıfır nöqtəsində olduğunu göstərir: “Turizmi inkişaf etdirən bütün dünya ölkələri son 2-3 ay ərzində yeni bərpa və inkişaf mərhələsinə hazırlaşırlar. Azərbaycan turizminin nümayəndələri də bu məqsədlə öz marketinq işlərini, treninqlərini onlayn keçirir, beynəlxalq təşkilatlar və xarici dövlətlərlə turizm sahəsi üzrə onlayn danışıqlar aparırlar”.

K.Quluzadə əlavə edib ki, pandemiyanın olmasına baxmayaraq, hazırda Azərbaycan üçün prioritet olan xarici bazarların itirilməməsi səbəbindən fərqli alətlərdən istifadə etməklə onlayn qaydada işlər aparılır.

O, bu prioritet xarici bazarlara misal olaraq, Çin, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələri misal çəkib.