Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 14 may — Sputnik. Ədliyyə Nazirliyi karantin günlərində qeydiyyata alınan doğumların sayını açıqlayıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin aprel ayında qeydiyyat orqanlarında 6.097 doğum dövlət qeydiyyatına alınıb.
Bundan başqa, bildirilib ki, aprel ayında qeydiyyat şöbələrində 45 adın, ata adının və soyadın dəyişdirilməsi qeydə alınıb.
Boşanma və nikahlarla bağlı rəqəmlər də açıqlanıb. Bildirilib ki, cari ilin aprel ayında qeydiyyat orqanlarında 1.611 nikah və 477 nikahın pozulması dövlət qeydiyyatına alınıb.