RUSİYA

Rus pilot səmada təyyarəsi ilə mesaj "yazdı"

Ondan əvvəl belə bir “ismarışı” öz həmvətənləri üçün avstriyalı pilot “yazmışdı”: onun təyyarəsinin izləri “Evdə qalın” kimi oxunurdu
Sputnik

BAKI, 14 may — Sputnik. Rusiya səmasında təyyarə ilə “Camaat hanı?” ("А где все?") “yazan” pilotun kimliyi bəlli olub.

Sputnik Azərbaycan bildirir ki, Oleq Kobzev adlı pilotun Novosibirsk üzərində səmada yüngül mühərrikli təyyarə ilə buraxdığı izi FlightRadar portalı qeydə alıb.

​Pilot deyib ki, hərflərin maksimum səliqəli alınmasına çalışıb.

“Qeyri-adi hiss idi. Birinci dəfə idi ki, belə bir iş edirdim. Heç bir tryuk gərək olmadı, sadəcə əyilir, dönürdüm. Əsas o idi ki, trayektoriyadan çıxmayım”, - O.Kobzev deyib.

Qeyd edək ki, ondan əvvəl belə bir “ismarışı” martın 16-da öz həmvətənləri üçün avstriyalı pilot “yazmışdı”: onun təyyarəsinin izləri “Evdə qalın” kimi oxunurdu.