"Kobra" Bakıya gələ bilmədi

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV8-in rəhbəri, Pərviz Abdullayevin də iştirak etdiyi "Survivor Türkiyə 2020" layihəsinin aparıcısı Acun Ilıcalıya təşəkkür edib.
Sputnik

BAKI, 14 may — Sputnik. Bu gün günorta saatlarında "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Bakıya gəlməli idi. Dominikan Respublikasından İstanbula gələn idmançı Bakıya dönə bilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, saat 12:00-da Bakıya enməsi nəzərdə tutulan təyyarənin gəlişi təxirə salınıb.

Bildirilib ki, Azərbaycan sözügedən reysi qəbul etmədiyindən reys baş tutmayıb.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV8-in rəhbəri, Pərviz Abdullayevin də iştirak etdiyi "Survivor Türkiyə 2020" layihəsinin aparıcısı Acun Ilıcalıya təşəkkür edib. O, sosial şəbəkədə Dominikan Respublikasında təyyarənin havaya qalxdığı anların görüntüsünü yayıb.