MƏDƏNİYYƏT

Elza Seyidcahan yenə gündəmdə: Bu dəfə başına...

O, sözügedən fotoları "Instagram" hesabında paylaşıb. Sənətçi həm Əməkdar artist Mətanət İsgəndərli, həm də bacısı Rasimə Seyidcahanla şəkillər çəkdirib.
Sputnik

BAKI, 14 may — Sputnik. Azərbaycanın Əməkdar artisti Elza Seyidcahan yenə fərqli obrazda obyektiv qarşısına keçib.

Sputnik Azərbaycan xəbər verir ki, ekstravaqant müğənni bu dəfə başına çobanyastığı güllərindən hazırlanan dəstə qoyub. Hər zaman qeyri-adi, qəribə geyimləri və səhnə obrazları ilə diqqətləri üzərinə cəmləyən Elza Seyidcahan bu geyimi ilə də ənənəsinə sadiq qalıb. O, sözügedən fotoları "Instagram" hesabında paylaşıb. Sənətçi həm Əməkdar artist Mətanət İsgəndərli, həm də bacısı Rasimə Seyidcahanla şəkillər çəkdirib.

Elza Seyidcahan yenə gündəmdə: Bu dəfə başına...

Qeyd edək ki, 1968-ci ildə anadan olmuş Elza Seyidcahan Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar artistidir.