CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu tarixdə 190 manatın verilməsi başa çatır

Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər. Almayıbsa, mesajda göstərilən bank filialına yaxınlaşaraq əvvəlcə kartını və sonra kart vasitəsilə bankomatdan vəsaitini əldə edir.
Sputnik

BAKI, 14 may — Sputnik. 190 manatlıq yardımın ikinci ay üçün ödənişi may ayının sonunadək veriləcək. Sputnik Azərbaycan-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat veriblər.

Qeyd olunub ki, cari ayın 12-dən etibarən birdəfəlik ödəmənin ikinci ay üçün ödənişinə başlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürülüb: “Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir. Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər. Almayıbsa, mesajda göstərilən bank filialına yaxınlaşaraq əvvəlcə kartını və sonra kart vasitəsilə bankomatdan vəsaitini əldə edir. May ayının sonuna qədər ödənişlər bütün kartlara köçürüləcək”.