SƏHİYYƏ

İybilmə niyə itir? Alimlər koronavirusun bu simptomunu izah ediblər

İnsan orqanizmində də belə bir mexanizm varsa, yaşlı insanların koronavirus infeksiyasına niyə daha çox həssas olduğu aydın olur
Sputnik

BAKI, 13 may — Sputnik. Amerikalı alimlər koronavirusun ən geniş yayılmış simptomlarından birini – iybilmənin itməsini izah ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, tədqiqat "ACS Chemical Neuroscience" jurnalında dərc edilib.

Siçanlar üzərində təcrübələr aparan mütəxəssislər infeksiyanın iybilməni təmin edən zülalların köməyi ilə bədənə nüfuz etdiyini öyrəniblər. Bu cür zülallar burun boşluğunda yaranır və onlar gənc fərdlərə nisbətən yaşlı fərdlərdə daha çox formalaşır.

İnsan orqanizmində də belə bir mexanizm varsa, yaşlı insanların koronavirus infeksiyasına niyə daha çox həssas olduğu aydın olur.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxmuşların ümumi sayı 4,1 milyonu ötüb, onlardan 285 mindən çoxu dünyasını dəyişib.