İQTİSADİYYAT

Ticarət obyektləri niyə yanğından sığortalanmır – ekspert səbəbləri şərh edir

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, sığorta şirkətləri belə obyektlərin sığortalanması prosesini həyata keçirmir
Sputnik

““EuroHome” ilk dəfə yanandan sonra bura dəfələrlə xəbərdarlıq olunub. Obyektin təmiri tam bitməmiş, tərəfimizdən qəbul olunmamış obyektə yenidən mallar qəbul ediblər”. Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov "EuroHome" tikinti bazarında baş verən yanğını şərh edərkən bildirib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, insanlarla bağlı olan bütün obyektlər fövqəladə hallara qarşı nəzərdə tutulan standartlara cavab verməlidir:

“Məsələ burasındadır ki, bu obyektlərdə standartlar tətbiq edilə bilmir. Obyektlərdə avtomatlaşdırılmış yanğın söndürmə sistemləri qurulmadığı üçün sığorta şirkətləri belə obyektlərin sığortalanması prosesini həyata keçirmir. Onu da qeyd etmək lazımdır ki, yanğınsöndürmə sistemlərinin quraşdırılması sahəsində inhisarçılıq mövcuddur”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz