HADİSƏ

Sel suları 35 kV-luq hava xətti üçün təhlükə yaradıb

Qərb rayonlarında və o cümlədən “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonu ərazisində də elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir-bərpa işləri davam etdirilir.
Sputnik

BAKI, 13 may — Sputnik. Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimini davam etdirir.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Quba rayonunda 35 kV-luq “Təngaltı” və “Ulduz- 2” hava veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb elektrik dayağının fundamentini yumaq təhlükəsi ilə üzləşib.

Sel suları 35 kV-luq hava xətti üçün təhlükə yaradıb

Operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - materal və texnika ayrılıb. Qərb rayonlarında və o cümlədən, “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonu ərazisində də elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir-bərpa işləri davam etdirilir.